Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti leşi tapılıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, suiti leşləri Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Tələf olan heyvanların sayının hesablanması davam edir.
"Bu, son on ildə Xəzər suitilərinin kütləvi tələfatıdır", - nazirlik bildirib.