Putin Azov dənizini ölkəsinin daxili dənizi elan etdi
ABŞ-dan REAKSİYA

Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşü zamanıAzov dənizini ölkəsinin daxili dənizi elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Putin yeni ərazilərin ilhaqını Rusiya üçün böyük nailiyyət adlandırıb.

 

“Bu ciddi məsələdir. Hətta, Birinci Pyotr da Azov dənizinə çıxış əldə etmək üçün mübarizə aparmışdı” – deyə Putin əlavə edib.

 

Rusiya-Ukrayna müharibəsi 9 aydan çoxdur ki, davam edir. Putin hazırda 77 minə yaxın hərbçinin cəbhədə olduğunu deyib.

 

Onun sözlərinə görə, xüsusi əməliyyat bölgəsinə, ümumilikdə, 150-300 min arası hərbçi səfərbər edilib.

 

Rusiya lideri Ukrayna müharibəsinin daha da uzanma ehtimalı olduğunu əlavə edib. O, əlavə səfərbərlik çağırışına ehtiyac görmədiyini bildirib

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə Ukraynaya hücuma görə, Rusiyanın siyasi rəhbərliyinin mühakimə olunması üçün tribunal yaradılmasına çağırıb. Zelenski, məsələ ilə bağlı Amerikadan yardım istəyib.

 

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu öz növbəsində bəyan edib ki, Rusiya Prezidenti xalqını Ukraynada uzun sürəcək işğalçı müharibəyə hazırlayır: “Bu görüşdə Putin özünü rus çarı Böyük Pyotrla müqayisə edib və Rusiyanın hazırda çarın mübarizə apardığı Azov dənizinə nəzarət etdiyini bəyan edib. Rusiya imperiya tarixinə bu istinad Putinin Ukraynadakı hazırkı məqsədlərini açıq şəkildə imperialist olduğunu göstərir. O, Rusiyanın daxili auditoriyasını Ukraynada yeni əraziləri zəbt etmək məqsədi daşıyan uzun sürən müharibəyə hazırlayır. Görünür, Putin hücum əməliyyatlarını qısa müddətə dayandırmaqla daxili auditoriyanın impulsunu itirmək təhlükəsi ilə üzləşmək istəmir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.