Serbiya Prezidenti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
KOSOVONUN ULTİMATUMUNDAN SONRA

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar bazar günü yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

 

Bu barədə Serbiyanın RTS milli televiziyası məlumat yayıb.

 

Telekanal qeyd edib ki, Serbiya liderinin bu qərarı Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin qurulmuş barrikadaları aradan qaldırmaq üçün mümkün əməliyyatı ilə bağlıdır.


Senzor.az xatırladır ki, Kosovonun Baş naziri Albin Kurti serblərdən bazar gününün sonuna qədər barrikadaları yığışdırmağı tələb edib. 

 

Baş nazirin sözlərinə görə, Kosovo Təhlükəsizlik Şurasının iclasından sonra o, onlayn görüşdə Quinta ölkələrinə (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya) məlumat verib ki, şimalda magistral yollardakı barrikadaları bazar gününün sonuna kimi aradan qaldırmaq üçün serblərə ultimatum verib. Əks halda Kosovo polisi vəziyyətə müdaxilə edəcək.

 

Bundan əlavə, Kurti NATO-nun Kosovodakı beynəlxalq missiyasını vəziyyətə müdaxilə etməyə və “hərəkət azadlığına təminat verməyə” çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.