Partiyalar Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını dəstəkləyirlər
BİRGƏ BƏYANAT

Bu gün AMİP, AĞ Partiya, AXP və BAP rəhbərliyi arasında görüş keçirilib. 

 

Senzor.az-ın məlumatına görə, görüşdə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ilə bağlı vəziyyət müzakirə olunub və bəyanat qəbul edilib. 

 

Bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərinə dəstək ifadə olunur və bildirilir ki, Rusiya sülhməramlılarının və erməni separatçılarının birgə təxribatı nəticəsində rəsmi qurumlarımızın faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmasına imkan verilməməsinə etiraz olaraq keçirilən aksiyanın əsas səbəbi sülhməramlı adlanan Rusiya hərbi kontingentinin öz vəzifələrini icra etməməsi, birtərəfli mövqe tutaraq separatçıların maraqlarından çıxış etməsindən ibarətdir. 

 

Partiyalar etirazçılara dəstək olaraq aksiyaya qoşulmaq niyyətlərini bəyan edərək bildiriblər ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin üçtərəfli bəyanatla üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi onların ərazilərimizi tərk etməsini labüd edir.

 

Bəyanatda, həmçinin rəsmi Ermənistan tərəfindən aksiya ilə bağlı dünya ictimaiyyətinə yalan məlumat verilməsinin və beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə fikirlərin formalaşdırılmasının qarşısının alınması üçün aktiv fəaliyyətin zəruriliyi qeyd olunub, dünyanın aparıcı ekologiya təşkilatlarına müraciətlərin ünvanlanmasının vacibliyi bildirilib.

 

AMİP, AXP, BAP və Ağ Partiya rəhbərliyi bir daha bəyan edir ki, Azərbaycanın Laçın yolu üzərində nəzarəti öz üzərinə götürməsi üçün bütün əsaslar mövcuddur və öz fəaliyyəti ilə faktiki olaraq sülh prosessini tormozlayan Rusiyanın bundan sonra da öz qanunsuz fəaliyyətini icra etməsinə imkan vermək yolverilməzdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.