Azad olunmuş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya 1332 müraciət daxil olub

“Bu gün sahibkarların 21 %-dən çoxu qadın sahibkarlardır. Bu, ildən-ilə artır”.


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirilən iclasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.


Orxan Məmmədov bildirib ki, müxtəlif dəstək paketləri var və bu dəstək paketləri qadın sahibkarlara da təklif olunur: “KOBİA yaranan ilk gündən İctimai Şurada fəal təmsil olunan qadın sahibkarlar var. Bir neçə layihəmiz var ki, məhz onu qadın sahibkarlığın inkişafı üçün etmişik. Ötən il yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında qadın sahibkarların fəaliyyətinin artırılmasını da yüksək qiymətləndiririk. Qadın sahibkarlarımızın azad edilmiş ərazilərdə biznes qurmağa diqqəti artır. 


Bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən, eləcə də digər iş və xidmətlərini təklif edən sahibkarlardan KOBİA-ya 1332 müraciətdən 70-i qadın sahibkarlara aiddir ki, onların da 37-si investisiya layihələri, 13-i iş və xidmətlərlə bağlı və 20-si isə digər vətəndaş müraciətləridir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdiyi layihələrin 29-u ticarət və xidmət, 12-si sənaye, 12-si kənd təsərrüfatı, 9-u tikinti işləri, 4-ü turizm, 2-si təhsil və 2-si isə səhiyyə və mədəniyyət sahələri üzrə olub. Biz görürük ki, maraq çox böyükdür və təqdirəlayiqdir ki, qadın sahibkarlarımız artıq biznes fəaliyyətinə başlayıb, Qarabağa öz töhfəsini verməyə hazırdır”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.