Makronun partiya qərargahında axtarış aparıldı

Fransa Milli Qvardiyası hakim İntibah Partiyasının qərargahında və ABŞ-ın “McKinsey” konsaltinq firmasının Parisdəki filialında axtarış aparıb.

 

TASS-ın məlumatına görə, axtarışlar Fransa lideri Emmanuel Makronun 2017-ci il prezidentlik kampaniyası zamanı firma tərəfindən göstərilən xidmətlərlə bağlı iş çərçivəsində həyata keçirilib.

 

Jandarm nümayəndələri əsasən Makronun ilk seçki kampaniyasının maliyyələşdirilməsinə dair sənədlərlə maraqlanıblar. Ədliyyə orqanları “McKinsey” əməkdaşlarının prezidentliyə namizədin təşviqat proqramının hazırlanmasında iştirak etməsindən şübhələnirlər.

 

Pozuntu halı seçki kampaniyasının maliyyə xərclərini azaltmaq üçün şirkətin işçilərinin iş vaxtı ərzində bu prosesə cəlb edilməsilə bağlı ola bilər. Belə ki, dövlət başçısı vəzifəsinə namizəd üçün bu cür xərclər qanunla məhdudlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.