Azərbaycan XİN rəhbərinin müavini BMT TŞ-nin tribunasından Ermənistana çağırış edib

BMT Nizamnaməsinin 25-ci maddəsində dövlətlərin Təhlükəsizlik Şurasının qərarlarını qəbul etmək və yerinə yetirmək öhdəliyi var. Ona görə də Şuranın onun qərarlarına məhəl qoyulmaması və yanlış şərh edilməsinə diqqət yetirməməsi müsbət təcrübə deyil.


APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev BMT Təhlükəsizlik Şurasında çoxtərəfliliklə bağlı açıq müzakirələr zamanı deyib.


Nazir müavini bildirib ki, qurumun Azərbaycanla bağlı qətnamələri 27 ildir icra olunmayıb: “Həmin qətnamələrdə Azərbaycanın suveren ərazisinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması tələb edilirdi. 30 ilə yaxındır ki, yüz minlərlə insan öz torpaqlarından didərgin salınıb, onlara tamamilə məhəl qoyulmayıb və cəzasızlıq baş verib”.


Fariz Rzayev xatırladıb ki, 2020-ci ilin sentyabrında Ermənistanın genişmiqyaslı silahlı təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalıb, əməliyyat nəticəsində Azərbaycan ərazisi işğaldan azad edilib və bu, Nizamnamənin 51-ci maddəsinə və Şuranın müvafiq qərarlarına uyğun olub.


XİN rəhbərinin müavini əlavə edib ki, Azərbaycan Ermənistana münaqişədən sonra normallaşma əlini uzadır. O, Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa, ərazi iddialarına son qoymağa və diplomatik həll yolunda diqqətini birbaşa danışıqlara yönəltməyə çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.