Xankəndi-Laçın yolunda etiraz aksiyası bu gecə də davam etdiriləcək - VİDEO
YENİLƏNİB, FOTO

Xankəndi-Laçın yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bu gecə də davam etdiriləcək.

 

Bu barədə aksiya iştirakçıları bildiriblər.

 

Bu isə ermənilərin dinc aksiyanın bu gün yekunlaşacağı ilə bağlı yaydığı məlumatın həqiqətə uyğun olmadığını göstərir. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər onun davam etdiriləcəyini bildirirlər.

 

Onlar qeyd edirlər ki, aksiyanın keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır.

 

Belə ki, aksiya iştirakçıları bu gün ərzində növbəti dəfə də bu mövqeni nümayiş etdirərək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus maşınlarda həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükünün aparılmasına şərait yaradıblar.

 

Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur.

 

Aksiya hazırda şüarlarla davam edir.

 

“Report” xatırladır ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

 

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 



**09:26


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

 

Senzor.az bildirir ki, etirazçılar aksiyanın beşinci günündə də ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsinə şərait yaradılması barədə şüarlar səsləndiriblər.

 

Onu da qeyd edək ki, aksiya iştirakçılarına ictimai dəstək günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.


Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin separatçı Ruben Vardanyanın, onun komandasının müqaviməti və sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.