Rusiya sülhməramlıları sülhə dəstək əvəzinə Ermənistanın təxribatına göz yumur - "HABER GLOBAL"

Rusiya sülhməramlıları sülhə dəstək vermək əvəzinə Ermənistanın təxribatçı və qanunsuz əməllərinə göz yumur.


Bu fikir Türkiyənin məşhur “Haber Global” telekanalı Şuşadan keçən Xankəndi-Laçın yolunda azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna qarşı etiraz aksiyası ilə bağlı “Azərbaycanlılar mədənlərinə sahib çıxır” başlıqlı süjetində yer alıb.


Qeyd edilir ki, Laçın dəhlizində azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq bir neçə gündür davam edir.


Əllərində Azərbaycan bayraqları ilə aksiyaya toplaşanlar Ermənistanın ekoloji terroru əleyhinə şüarlar səsləndirir.


“Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına qoşulanların sayı artır. Onlarla insan Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazinin nəzarət hissəsindən ayrılmır.


Süjetdə Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarı, bunun etirazlara səbəb olduğu qeyd edilir. Bununla yanaşı, dinc etirazçıların aksiyanı yalnız gündüz yox, gecə də davam etdirdikləri diqqətə çatdırılır. Bildirilir ki, şaxtalı soyuğa rəğmən aksiyadan vaz keçməyən etirazçılar tonqal qalayaraq, isinməyə çalışırlar. “Bu təkcə qanunsuzluq deyil, həm də ekoloji qırğındır”, - telekanal vurğulayıb.


Bildirilir ki, Rusiya sülhməramlıları az sayda erməninin yaşadığı Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilib. Ancaq Rusiya sülhməramlıları sülhə dəstək vermək əvəzinə Ermənistanın təxribatçı və qanunsuz əməllərinə göz yumur. Rusiya sülhməramlıları Ermənistanın Azərbaycandakı qanunsuz silahlı birləşmələrinin bu ərazilərdən çıxarılmasını təmin etmir, silah-sursat daşıyır.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.