“Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 70 faizi tamamlanıb”
Prezidentin xüsusi nümayəndəsi

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 70 faizi tamamlanıb.


Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyətinin Zəngilanan səfəri çərçivəsində keçirilən tədbirdə Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.


O bildirib ki, Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.


"Şərqi Zəngəzurun yenidən qurulması prosesində bizim kifayət qədər çətinliklərimiz olsa da, eyni zamanda böyük imkanlar da var. Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritetdir. Yenidənqurma işlərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi idi. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir"-Vahid Hacıyev əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.