Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.
Etiraz aksiyasının iştirakçıları olan gənclər tar, kamança, skripka, qarmon və gitara ifa edirlər.
Eyni zamanda etiraz aksiyasında gənclər vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
**18:08
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, hazırda aksiyanın keçirildiyi ərazidə yol açıqdır, baryer də yoxdur.
Göründüyü kimi, etirazçılar öz yerlərində dayanıb, irəliləmədən ekoloji məsələlərlə bağlı şüarlarını davam etdirirlər.
Belə ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır", "Ekoloji terrora son", "Ekoloji cinayətə son", "Stop terror", "Ekoloji terrora yox" şüarları səsləndirirlər.
Xatırladaq ki, ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.
Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
**14:08
Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Senzor.az xəbər verir ki, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.
Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
**12:39
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
**09:28
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.
Bu gün səhər saatlarında Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçiblər. Aksiya iştirakçıları keçidə tam şərait yaradıblar.
Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.
Təəssüf ki, Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.