Qətərdə keçirilən mundialın qalibi olan argentinalı futbolçular çempionluğu final oyununun keçirildiyi Lusail şəhərində azarkeşləri ilə birgə qeyd ediblər.
Bu barədə “Championat” nəşri məlumat yayıb.
Qeyd olunub ki, öz növbəsində yerli və komandalarını dəstəkləmək üçün Lusail şəhərində olan argentinalı azarkeşlər onları böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.