Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib.
Sənəddə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir.
Aksiyaçılara dəstək olar Gürcüstan Müsəlman Gənclər Mərkəzi müvafiq bəyanatla çıxış ediblər.
Bəyanatda ilk növbədə Azərbaycanın Qarabağ üzərində suverenliyi prinsipi vurğulanaraq, şəffaf şəkildə monitorinqin keçirilməsi və azərbaycanlı ekoloqların fəaliyyətinə tam şəraitin yaradılması tələb kimi irəli sürülür, ermənilərin qanunsuz fəaliyyəti nəticəsində bu bölgədə ətraf mühitə vurulan zərər pislənilir, bunun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə zidd olduğu xüsusi qeyd olunur.
Bəyanatda İƏGF Avrasiya Regional Mərkəzinin başladığı eko aksiyaya həmrəylik və dəstək ifadə olunur.
Gürcüstan Müsəlman Gənclər Mərkəzinin verdiyi bəyanatda bu yaxınlarda Qarabağ ərazisinə xarici blogerlərin səfəri zamanı bölgənin ekosisteminin ciddi ziyana məruz qaldığı qeyd olunub, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında ermənilərin həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər kəskin pislənilib.
Xatırladaq ki, İƏGF-ARM 56 İƏT ölkəsinin aparıcı gənclər hərəkat və strukturlarını özündə birləşdirən beynəlxalq qurum - İƏT Gənclər Forumunun regional təşkilatıdır.(APA)