Fevralın 24-dən Kiyevin Borispol hava limanında olan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi-nəqliyyat təyyarəsi ölkəyə qayıdıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Twitter səhifəsində məlumat yayıb.
“Humanitar yardım göstərmək və vətəndaşlarımızı təxliyə etmək üçün Ukraynaya göndərilən və hava məkanı bağlandıqdan sonra Borispol hava limanında qalan iki A400M təyyarəmiz Kayseridəki bazaya qayıdır”, - deyə məlumatda bildirilib.
İnsani yardım götürmek ve vatandaşlarımızı tahliye etmek maksadıyla Ukrayna’ya giden ve hava sahasının kapatılması medeniyle Borispol havaalanında kalan 2 adet A400M uçağımız ana üsleri olan Kayseri’ye intikale başlamıştır. pic.twitter.com/9xFj42m3I8
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 20, 2022