Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib - QƏRAR
YENİLƏNİB

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.


Senzor.az xəbər verir ki, rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.


Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.


Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin qanunverici orqanın altıncı çağırış səkkizinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müraciətinə baxılması məsələsi daxil edilib. Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Daha sonra qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

**15:37

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələ verilib:


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.


Qərar səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vurub.


"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq", - o deyib.


Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

**15:15

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib.


Senzor.az xəbər verir ki, Vasif Talıbovun vəzifələri birinci müavin Azər Yadulla oğlu Zeynalova həvalə edilib.


Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdiyi halda yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası sədrin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

**13:20

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.


Senzor.az xəbər verir ki, o, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.


Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.