Vasif Talıbovun xidməti maşını və şəxsi mühafizəsi əlindən alınıb.
Oxu.az-ın məlumatına görə, ötən gün Bakıdan qayıdan Ali Məclisin sabiq sədri V.Talıbov hava limanından həmişəki formada deyil, VIP qapıdan keçib. Onu hava limanında heç kim qarşılamayıb. V.Talıbovu hava limanından kiçik oğlu şəxsi avtomobili ilə götürüb.
V.Talıbovun evinin ətrafında olan mühafizə də ləğv edilib.
Digər bir məlumata görə, Naxçıvanın Culfa-İran, Sədərək-Türkiyə, Şahtaxtı-İran gömrük-keçid məntəqələri iki gündür ki, bağlanıb.