Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi kimdir?
ELXAN ŞÜKÜRLÜ FUAD NƏCƏFLİDƏN YAZDI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

 

Senzor.az bildirir ki, 1975-ci il təvəllüdlü Fuad Vahid oğlu Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.

 

O, bundan əvvəl Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən metaləritmə zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub. 

 

Şura üzvlüyünə qədər isə “PAŞA Holdinq” MMC-nin əməkdaşı olaraq fəaliyyət göstərib.

 

Bu arada tanınmış jurnalist-politoloq, “Ədalət” Partiyası sədrinin müavini, əslən Naxçıvandan olan Elxan Şükürlü də Fuad Nəcəfli haqda fikirlərini bölüşüb. 

O, Facebook sosial şəbəkəsindəki statuunda yazıb: “Prezident İlham Əliyev bu gün Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə təyin edib.

 

Jurnalist dostlarımızın çoxsaylı sorğusuna cavab olaraq bidirirəm ki, Fuad Nəcəfli bizim dogma Kolanı kənd məktəbinin layiqli yetirmələrindəndir. Çox gözəl, olduqca tərbiyəli bir ailədə doğulub, böyüyüb; təmiz və dürüst, hər hansı siyasi oyunlarda iştirak etməyən, adı hər hansı rüşvət və korrupsiya qalmaqllarında hallanmayan yüksək ixtisaslı bacarıqlı kadrdır. Zəngin daxili mədəniyyəti, kübar davranışlarıyla həmişə seçilib, fərqlənib.

 

Əminəm ki, Fuad Nəcəfli ona göstərilən bu yüksək etimadı layiqincə doğruldaraq, həmişəki nümunəvi davranışları, xalqa canıyananlığı, şəffaf və dürüst fəaliyyəti ilə dogma kəndimiz Kolanının, rayonumuz Şahbuzun və bütövlükdə Naxçıvanın əzəmətli adına hörmət gətirən parlaq simalardan biri olacaq.

 

Bu təyinat cəmiyyətə həm də o mesajdır ki, Azərbaycan dövlətçiliyinin beşiyi sayılan Naxçıvanımızın onun həmişəki əzəmətli və qüdrətli adını batıran idbar sifətlilərdən, mafiyalaşmış tayfa-klan sistemindən də, nəhayət ki, birdəfəlik qurtulması prosesinə başlanacaq.

 

Fuad Nəcəflini olduqca çətin, ağır, ancaq həm də şərəfli bir missiya gözləyir. O, yaxşı anlayır ki, xalqa yaxın olduqca, xalq da dağ olub onun arxasında duracaq, onu bütün çətinliklərdən və təzyiqlərdən qoruyacaq!

 

Onu təbrik edir, bütün Naxçıvan camaatı üçün “Xeyrli, uğurlu olsun!” deyirəm. Allah onu da, onu təyin edəni də, illərdir əziyyət çəkən camaatımızı da məyus etməsin!”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.