Laçın yolunda aksiya bu gecə də davam edəcək - YENİLƏNİB, FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirirlər.

 

Senzor.az bildirir ki, havanın şaxtalı olmasına baxmayaraq eko-fəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

 

Dünya ictimaiyyətini ekologiyanı qorumağa çağıran aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Bereqite prirodu!", "Ekosidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər.

 

Bundan başqa onlar üzərində Azərbaycan, rus və ingilis dillərində şüarlar yazılmış plakatlar qaldırır, vətənpərvərlik ruhunda mahnılar ifa edirlər...

 

**12:33

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

 

Belə ki, Xankəndidən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib. 

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Hazırda aksiya davam edir.

 

** 11.59

 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Belə ki, Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarına məxsus 6 ədəd təminat avtomobili keçib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Hazırda aksiya davam edir.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir.

 

**11:14



Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası səhər saatlarında da davam edir.

 

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar artıq on 12 gündür yüksək qətiyyət nümayiş etdirərək vətənpərvərlik ruhunda və ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.

  

Bu gün səhər saatlarında daha 100-dək ekofəal və gənc könüllülər aksiyaya qoşulub.

 

**09:44


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

 

İştirakçılar gün ərzində olduğu kimi, gecədən səhərədək də davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

 

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarları səsləndirirlər.

 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə də lazımi şərait yaradılmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.