Azərbaycanın Baş naziri Əli Əsədov və rusiyalı həmkarı Mixail Mişustin telefon danışığı zamanı ikitərəfli iqtisadi layihələri müzakirə ediblər.
Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığın qurulmasının aktual məsələlərini nəzərdən keçiriblər.