Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri Yeni il ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi qeyri-rəsmi sammitə toplaşacaqlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.
“Rusiya Prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.