Dekabrın 27-də gündüz bir qrup erməni Xankəndindən Xocalıya yürüş edib.
Senzor.az erməni mətbuatına istinadən bildirir ki, onlar Rusiya sülhməramlılarının qərargahının qarşısına gələrək komandan Andrey Volkovla görüş tələb ediblər. Amma general ermənilərin qarşısına çıxmayıb.
Erməni teleqram kanalları general Volkovun etirazçılarla görüşməyə razı olduğunu bildiriblər. Lakin aksiyanın iştirakçısı Tiqran Petrosyan bu məlumatı təkzib edib. Onun sözlərinə görə, etirazçıların qarşısına Volkovun əvvəllər erməni tərəfi ilə danışıqlar aparmış müavini çıxıb, lakin bu dəfə onlar onunla danışmaq istəməyib və Volkovu tələb ediblər. Polkovnik də öz növbəsində Volkovu tapmağın mümkün olmadığını bildirib.
Etirazçılar isə Volkov qarşılarına çıxana və sülhməramlıların Laçın dəhlizini niyə açmadığını izah edənə qədər getməyəcəklərini bildirirlər.
Senzor.az