Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada keçirilən danışıqlarda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Görüşdə Suriyada beynəlxalq yolların açılması və Türkiyə mallarının ölkə ərazisindən keçməsi müzakirə olunub. Tərəflər, həmçinin suriyalı qaçqınların öz yerlərinə qayıtmasını asanlaşdırmaq üçün birgə mexanizm barədə razılığa gəliblər.