Livan qaranlığa qərq oldu
SƏBƏB?

Livanda iki ən böyük elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən işlək vəziyyətdə olmadığı üçün çərşənbə günü ölkədə böyük elektrik kəsintisi yaşanıb.

 

TASS-ın məlumatına görə, ölkənin şimalında Deyr Əmmardakı və cənubunda Əl-Zəhranidəki istilik elektrik stansiyası öz turbinlərini dayandırmağa məcbur olub.

 

Bildirilib ki, fövqəladə hadisə İraqdan mazut tədarükünün gecikməsi ilə əlaqədardır. Belə ki, dekabr ayında Tripoli limanına neft məhsulları olan bir tanker belə gəlməyib.

 

Bundan əlavə, Livan hakimiyyəti ABŞ və Qərbin sanksiyalarından ehtiyat edərək, İranın təklif etdiyi yardımı qəbul etməkdən çəkinib.

 

Qeyd olunub ki, hökumət yaxın bir neçə saat ərzində anbarlarında müəyyən miqdarda mazut olan Əz-Zuq və Ciyada əvvəllər bağlanmış iki kiçik İES-in istifadəyə verilməsi ilə bağlı qərarı təsdiqləməlidir. Bu, Livanın maksimum bir həftə qaranlığa qərq olmasının qarşısını alacaq və əsas obyektləri - su nasoslarını, kanalizasiya sistemini, Rafik Həriri Beynəlxalq Hava Limanını, dəniz limanını, Livan Dövlət Universitetini və bir neçə xəstəxananı elektriklə təmin edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.