Koronavirusun mutasiyaya uğramış yeni forması - “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər.
“Politico” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove deyib.
“Yeni ştam artıq 29 ölkədə tapılıb. Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam dövriyyədə olan digər alt-variantları sürətlə əvəz edib”, - deyə ekspert narahatlığını ifadə edib.
Onun sözlərinə görə, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.