Türkiyədə PKK ilə əlaqələrdə ittiham olunan partiyanın hesabları bloklandı - KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI İLƏ

Türkiyənin Konstitusiya Məhkəməsi cümə axşamı günü Xalqların Demokratik Partiyasının (HDP) hesablarının bloklanmasına qərar verib.

 

TASS bildirir ki, qərar partiyanın buraxılması ilə bağlı yanvarın 10-da keçiriləcək prosesdə yekun ittihamla çıxış edəcək Apellyasiya Məhkəməsinin baş prokuroru Bəkir Şahinin vəsatəti əsasında qəbul edilib.

 

Məlumatına görə, Konstitusiya Məhkəməsinin qərarı HDP-nin büdcədən aldığı vəsaitlərə aiddir.

 

Qeyd edək ki, partiyaya qarşı iş 2021-ci ilin iyununda Türkiyə Baş Prokurorluğu tərəfindən “separatçı fəaliyyət” və qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə ittiham edilərək açılıb. Konstitusiya Məhkəməsi əvvəllər bir sıra prosessual məsələlərə görə işi yenidən baxılması üçün prokurorluğa qaytarıb.

 

Baş prokurorun ittihamı elan etməsindən sonra işə baxan Konstitusiya Məhkəməsinin məruzəçisi mahiyyəti üzrə yekun hesabat hazırlayıb Türkiyənin ən yüksək məhkəməsinin təsdiqinə təqdim edəcək. Türkiyə Konstitusiya Məhkəməsi nümayəndələrinin üçdə ikisi (15 nəfərdən) lehinə səs verərsə, HDP-nin ləğvi barədə qərar qəbul edilmiş hesab ediləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.