Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsində 250 min kvadratkilometr ərazinin minalandığını bildirib.
Hökumət başçısı bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyinə müsahibəsində danışıb.
“İndi bu, dünyanın ən böyük mina sahəsidir. Bu, nəinki insanların hərəkətinə əngəl olur, həm də əsas sənayemizdən olan kənd təsərrüfatında ciddi pozuntulara gətirib çıxarır”, - deyə Şmıqal vurğulayıb.
Baş nazir əlavə edib ki, o ərazilərin təmizlənməsində Cənubi Koreyanın köməyinə ümid edir.
Hökumət başçısının sözlərinə görə, 250 min kvadratkilometr bütün Koreya yarımadası, Rumıniya və ya Böyük Britaniya ərazisindən çoxdur.