Rusiya, Suriya və Türkiyə XİN rəhbərləri bir araya gəlirlər?
MOSKVADA ÜÇTƏRƏFLİ GÖRÜŞ GÖZLƏNİLİR

Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri çərşənbə günü, yanvarın 11-də Moskvada görüşə bilərlər. 

 

Bu barədə bazar günü Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.

 

Nəşrin yazdığına görə, yanvarın 4-də Dəməşqə səfər edən və Suriya lideri Bəşər Əsədlə görüşən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan üçtərəfli görüşə qatıla bilər.

 

Qəzet yazır ki, əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlar Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə sammitə yol açmalıdır.

 

Onun sözlərinə görə, BƏƏ belə sammitin keçirilməsi üçün yer təklif edib.

 

"Üçtərəfli sammit Moskvada baş tutsa, Əmirliyin yüksək rütbəli nümayəndəsi iştirak edə bilər"-, "Asharq Al-Awsat" qeyd edib.

 

Qəzet yazır ki, hazırda yanvarın 23-də Cenevrədə dörd dövlətin (BƏƏ, Rusiya, Suriya və Türkiyə) nümayəndələrinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşünün təşkili üçün təmaslar aparılır. Norveçli diplomat yanvarın sonunda Dəməşqə səfər etməyi və Suriya Xarici İşlər Nazirliyinin rəhbəri Feysal Mikdad ilə görüşməyi planlaşdırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.