Azərbaycan, Türkiyə və İran parlamentlərinin sədrləri bir arada
REGİONAL PROBLEMLƏR MÜZAKİRƏ OLUNUB

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərliyi ilə Türkiyə, Azərbaycan və İran parlament sədrlərinin üçtərəfli görüşü olub.

 

Senzor.az bildirir ki, görüş Antalyada keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.

 

TBMM sədri Mustafa Şentop bidirib ki, regional məsələlərin həllində bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir.

 

Şentop parlamentarilər tərfindən bu cür danışıqların daimi struktura çevrilməsinin vacibliyini bildirib.

 

O, xarici işlər nazirləri səviyyəsindəki görüşləri bu istiqamətdə öndə olan addım kimi qiymətləndirib: “Üç qardaş ölkənin parlament sədrləri olaraq bir araya gəlməyimiz regionda sülh, sabitlik və əmin-amanlığın gücləndirilməsində ortaq iradəyə malik olduğumuzu göstərir”.

 

Azərbaycan-Ermənistan məsələsinə toxunan Şentop Türkiyənin Azərbaycanı dəstəklədiyini, həmçinin Ermənistanla normallaşma prosesinə başlanıldığını xatırladıb.

 

“Biz regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrimizi birləşdirməliyik. Bu yanaşma həm də bizim regiondakı problemlərin qarşılıqlı dialoq və əməkdaşlıq əsasında həll edilməsinə dair baxışımızdır. Əslində bizim regional normallaşmaya baxışımız heç bir kənar müdaxilələrin olmamasını təmin etməkdir. Bunun reallaşması üçün regionda əlavə gərginlik, etibarsızlıq və tərəddüd yaradacaq addımlardan qaçmaq daha məqsədəuyğundur. Buna nail ola bilməsək, növbəti tarixi fürsət boşa çıxacaq”, - deyə Şentop vurğulayıb.

 

Şentop regionda nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıq potensialına da diqqət çəkib.

 

Görüşdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf da öz fikirlərini bildirib və üçtərəfli görüş formatının davam etdirilməsini dəstəkləyiblər.

 

Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.