Türkiyə bir neçə aya Suriya və İraqda quru əməliyyatlarına başlaya bilər
ŞƏRH - PROQNOZ

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarda rusiyalı və suriyalı həmkarları ilə görüşəcəyi gözlənilir. Diplomatik mənbələrdən verilən məlumata görə, tərəflər bu ayın 14-16-da Moskvada bir araya gələ bilərlər. 

 

Daha əvvəl hər üç ölkənin müdafiə nazirləri və kəşfiyyat idarələrinin rəisləri  görüşmüş, Suriyadakı durumu müzakirə etmişdilər. Prosesin davamının gələcəyi gözlənilən idi. 

İş orasındadır ki, Türkiyə Suriya və İraqın şimalında terrorçuların olmasından narahatdır. Əlbəttə, Ankaranın bu narahatlığı başadüşüləndir. Çünki həmin terrorçular Türkiyənin təhlükəsizliyi üçün təhdiddir. 

 

Məsələnin iki həlli yolu var: ya Rusiya və Suriya hökumətləri razılaşaraq həmin terrorçuları ərazidən çıxarmalı, ya da Türkiyə bunu antiterror əməliyyatı ilə etməlidir.  

Doğrudur, xüsusilə Ukrayna müharibəsindəki neytral mövqeyinə görə, Rusiya Türkiyəyə borcludur. Yəni Rusiya Prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya məsələsinə görə qarşıdurmaya getməməyə çalışar. Ehtimal edilən antiterror əməliyyatları əslində Suriya üçün də arzuolunan ssenari deyil. 

 

Buna baxmayaraq, Qərb terrorçuların Suriya və İraqın şimalındakı mövcudluğunda maraqlıdır. Çünki bu yolla lazım gələndə Türkiyəyə təzyiq göstərilir. 

 

Qarşıdakı aylarda Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda quru əməliyyatına başlaması əslində hakimiyyətin maraqlarına uyğundur. Mayda keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində başladılan əməliyyatlar hakim AK parti iqtidarına “xal qazandıra bilər”. Çünki belə olarsa, ictimaiyyətin diqqəti həmin əməliyyatlara yönəcək və alternativ iqtidar barədə daha az düşünəcək. 

 

Fikrimcə, baş diplomatların nəzərdə tutulan görüşü konkret nəticələrlə yadda qalacaq. Məhz bu təmasların nəticəsində Türkiyə Silahlı Qüvvələrinin yaxın gəlcəkdə Suriya və İraqda quru əməliyyatlarına başlaması tamamilə gözləniləndir. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.