Laçın-Xankəndi yolunda son vəziyyət: AKSİYA BU ŞAXTALI HAVADA DA DAVAM EDİR
YENİLƏNİB


Havanın şaxtalı olmasına  baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc etiraz aksiyası bu gecə saatlarında da coşqu ilə davam edir.

 

Senzor.az bildirir ki, ekofəallar və könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. 

 

Yeri gəlmişkən, aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. 

Bu gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə daha 24 avtomobil maneəsiz hərəkət edib.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Laçın-Xankəndi yolundakı etiraz aksiyası 33 gündür davam edir.

 

**09:00


Şuşa  şəhərinə qar yağmasına və havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən il  dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası yeni ilin 13-cü gecəsi boyu da davam edib.

 

Senzor.az bildirir ki, təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək də davamlı şəkildə isti yer, çay və qidalarla təmin olunublar.

Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıb, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

 

Hazırda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

 

Aksiya iştirakçılarının şüarları dəyişməz olaraq qalır: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".  

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda, əvvəldən olduğu kimi, sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, ötən gün ərzində Laçın-Xankəndi  yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 34 avtomobil maneəsiz hərəkət edib.

 

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 33cü gündür ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin üç gün əvvəl yerli televiziya kanallarına müsahibəsində aksiya barədə dedikləri iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib. 

 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə bundan sonra da şərait yaradılmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.