Yanvarın 15-də Ermənistandakı radikal “Milli Demokratik Qütb” blokunun üzvləri Rusiyanın Gümrüdəki 102-ci bazasının qarşısında mitinq keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mitinqin təşkilatçılarının məqsədi hərbi bazanı bloklamaqdır.
Etirazçılar Rusiya sülhməramlılarından Laçın dəhlizinin açılmasına nail olmağı tələb edirlər.
Onlar hazırda polisin önündə düzüldüyü bazanın əsas girişindən çox da uzaq olmayan ərazidə məskunlaşıblar. Etirazçılar bildirirlər ki, hərbi baza bloklanmalıdır.
Onlar bazanın qarşısında çadırlar qurmaq istəyiblər, amma polis buna icazə verməyib.