Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb
FOTO

Türkiyənin istiqlal müharibəsi tarixində mühüm rol oynayan Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində Çanaqqala Şəhidliyi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarətə açılıb.


Məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmail Kaşdemir iştirak edərək Azərbaycan abidəsinin önünə çələng qoyublar.


Xatırladaq ki, 24 aprel 2015-ci ildə Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompeksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş verib.

Tədbirdə çıxış edən R.Məmmədov Azərbaycan-Türkiyə qardaşlığının tarixin çətin sınaqlarından uğurla çıxdığını qeyd edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq inşa edilmiş bu abidənin ölkələrimizin birliyinin, həmrəyliyinin simvollarindan biri olacağına əminliyini ifadə edib.


ÇDGTBBİ rəisi İsmail Kaşdemir çıxışında Çanaqqala döyüşünün Türkiyə tarixində roluna toxunub, hər il keçirilən anım mərasiminin Türkiyə Respublikasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.


Türkiyə rəsmisi Azərbaycan abidəsinin Şəhidlik Kompleksinin ən gözəl yerində olduğunu vurğulayıb və bu abidənin iki dövlət arasındakı qardaşlığa töhfə verəcəyinə inamını dilə gətirib.

2022-ci ilin dekabr ayında Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1 960 metr kvadrat ərazini əhatə edir.


Abidə layihəsinin eskizi azərbaycanlı heykəltaraşlar tərəfindən hazırlanıb.


Heykəltaraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanmış və milli ornamentlərin əks olunduğu 1800x1900 mm ölçülü bürünc barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilir. Barelyef 3 metr yüksəkliyindəki postament üzərində yerləşir və abidə onu tamamlayan sütunla birlikdə ümumi 13 metr hündürlükdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.