Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir.

 

"Fars" agentliyi xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

 

"Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanların olmamasına görə təslim olsun, ancaq İran xalqı təslim olmayacaq", - o bildirib.

 

Pezeşkianın sözlərinə görə, Vaşinqton müharibəni düzgün formada aparmır: "Əgər bunlar müharibə adamıdırsa, hərbçilərlə savaşsınlar; xalqın çörəyi, dolanışığı və infrastrukturu ilə nə işləri var? Niyə xalqın su və qida yolunu bağlayırlar?".

 

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib. Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çata biləcəyini açıqlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.