Partiya sədrinin başına sarımsaq atdılar - VİDEO

Fransada sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella ölkənin şərqində kənd təsərrüfatı yarmarkasında seçicilərlə görüşərkən insidentlə qarşılaşıb.

 

“Le Parisien” nəşri xəbər verir ki, hadisə Bokruassan kommunasında baş verib.

 

Siyasətçi izdihamın arasından keçərək avtoqraf payladığı və tərəfdarları ilə selfi çəkdirməyə çalışdığı vaxt naməlum şəxs onun başına sarımsaq fırladıb. Zərbədən dərhal sonra təhlükəsizlik xidmətinin əməkdaşları siyasi liderin ətrafını əhatəyə alaraq onu mühafizə ediblər.

 

Məlumata görə, kütlə baş verənlərə etiraz etsə də, Bardellanın gəlişindən əvvəl bəzi ticarətçilər sıxlığın onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narazılıqlarını bildirmişdilər.

 

“Qafqazinfo” xatırladır ki, bu, sağçı liderə qarşı ilk belə hücum deyil. Ötən ilin payızında Muassak şəhərində “Fransızlar nə istəyir?” kitabının təqdimatı zamanı 70 yaşlı bir kişi Bardellaya yaxınlaşaraq onun başında yumurta sındırmışdı. Həmin şəxs polis tərəfindən dərhal saxlanılmışdı.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.