
“Əgər avropalılar Vaşinqtonu ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Ankoricdə əldə edilmiş razılaşmadan çəkindirməsəydilər, Ukraynada müharibə bir il əvvəl dayandırılmışdı”.
Senzor.az yerli KIV-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər amerikalılar Ankoric razılaşmasından imtina etməsəydilər, Avropa ABŞ-ı buradan çəkindirməsəydi, artıq bir ildir müharibəsiz yaşayardıq. Bu, aşkar faktdır. Ona görə də, nəticəni özünüz çıxarın”, - xarici işlər naziri bildirib.