
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada kişiləri gənclərin təqlid etməyə başladığı uzun saqqal saxlamağı və qısa şalvarı dəb tendensiyasına çevirməməyə çağırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi müşavirədə bildirib.
“Bizdə çox uzun saqqal saxlayan kişilər var. Amma onlar cümə namazlarında iştirak etmir, məscidlərə getmir, gecə-gündüz prospektlərdə avaraçılıq edirlər. Onlar uzun saqqalı və şalvarı qısaltmağı anlaşılmaz dəbə çeviriblər, gənc nəsil də onları təqlid edir. Onlara müraciət edirəm: saqqallarınızı qısaldın, dinə uyğun şəkildə saxlayın”, - Kadırov deyib.
Çeçenistan lideri həmçinin bəzi qadınların tamamilə örtünməyə başladığını, bununla da respublikaya xas olmayan geyim tərzini mənimsədiklərini iddia edib: “Onlara da İslama uyğun geyinməyə, ərəb geyim tərzini təqlid etməməyə çağırış etmək lazımdır. Bizdə heç vaxt çadra geyinilməyib”.