Xalq artisti Aleksandr Şarovski dəfn edildi - FOTO

Azərbaycanın Xalq artisti, görkəmli teatr xadimi və rejissor Aleksandr Şarovski dəfn edilib.

 

Senzor.az bildirir ki, dəfndən əvvəl Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında mərhumla vida mərasimi keçirilib.

 

Mərhumun, teatrın matəmsayağı bəzədilmiş səhnəsindəki postament üzərinə qoyulmuş cənazəsinin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də dövlət və hökumət qurumları adından əklillər düzülüb.

 

Mərasimdə Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, nazirlik nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

 

Vida mərasimindən sonra Aleksandr Şarovskinin cənazəsi teatrın binasından götürülərək İkinci Fəxri xiyabana aparılıb.

 

Orada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb, məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

 

Qeyd edək ki, Aleksandr Şarovski sentyabrın 9-da 79 yaşında vəfat edib.

 

O, “Əməkdar artist” (1987) və “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008) və “Şərəf” (2018) ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilib. Aleksandr Şarovski 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.