Rusiyada ali təhsil alan azərbaycanlıların sayı artıb

2026-cı ilin ilk altı ayında 9,4 mindən çox Azərbaycan vətəndaşı təhsil məqsədilə Rusiyaya yollanıb.

 

Bu barədə Rusiya KİV məlumat yayıb.

 

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir.

 

Altı ay ərzində 9 434 Azərbaycan vətəndaşı təhsil almaq üçün Rusiyaya daxil olub. Ümumilikdə, yanvar-iyun aylarında Rusiya 202 640 əcnəbi tələbə qəbul edib. Təhsil məqsədilə Rusiyaya gedənlərin sayına görə ilk beşlikdə Qazaxıstan (47 156 nəfər), Çin (42 526), Özbəkistan (26 478), Tacikistan (22 052) və Qırğızıstan (12 775) vətəndaşları qərarlaşıb.

 

Statistikaya görə, bəzi digər ölkələrdən tələbə axını da əhəmiyyətli dərəcədə artıb. Belə ki, Banqladeş vətəndaşlarının təhsil almaq üçün Rusiyaya gəlişi yarıdan çox artaraq 1 076 nəfərə, Nigeriya vətəndaşlarının sayı isə demək olar ki, iki dəfə artaraq 568 nəfərə çatıb.(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.