
ABŞ Prezidenti Donald Tramp həftəsonu səfəri çərçivəsində İrlandiyada bir sıra Avropa liderləri ilə görüşlər keçirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İrlandiyaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.
ABŞ lideri görüşlərin detalları barədə açıqlama verməyib və Vaşinqtonun Avropa ilə ticarət əlaqələrini fəal şəkildə inkişaf etdirdiyini qeyd edib.
Ağ Evdən daha əvvəl bildirilib ki, Tramp sentyabrın 12-13-də İrlandiyada səfərdə olacaq. Onun İrlandiyanın Baş naziri Maykl Martinlə görüşməsi və digər tədbirlərdə iştirakı gözlənilir.