
Bu gün Misli Premyer Liqasının V turunda "Zirə" "Qarabağ"la üz-üzə gələcək.
Senzor.az bildirir ki, Zirə İdman Kompleksinin stadionununda baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Günün digər görüşündə isə bu mövsüm hələ heç bir oyunda qələbə qazanmamış "Araz-Naxçıvan" "Turan Tovuz"la qarşılaşacaq.
Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.
Bu gün meydana çıxacaq komandalardan "Qarabağ" 9 xalla turnir cədvəlinin üçüncü sırasında yer alıb. Eyni xala malik "Zirə" dördüncü, 7 xalı olan "Turan Tovuz" isə beşincidir. "Araz-Naxçıvan" isə 1 xalla sonuncu - 12-ci sırada qərarlaşıb.