Koronavirusun "omicron" ştammının simptomları qeyri-adi, lakin yüngüldür.
Bu barədə Cənubi Afrika Respublikasından olan həkim Angeli Kutze "The Telegraph" nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, bunlara güclü yorğunluq, sürətli ürək döyüntüsü, yüksək hərarət aiddir.
Yeni ştamm özündə 32 mutasıyanı birləşdirir və bu səbəbdən təhlükəli sayılır.
Tədqiqatçıların fikrincə, SARS-CoV-2 genomunda yeni dəyişikliklər bu ştammın yüksək ötürücülüyünü və peyvəndə qarşı müqavimətini göstərir.
Senzor.az xatırladır ki, ÜST Afrikada aşkar edilən koronavirus ştammını "narahatlıq doğuran variantlar" qrupuna daxil edib. Yeri gəlmişkən, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsniflərir. Müşahidə altına alınan variantlara “maraq doğuran variant” (variant of interest) adı verilir. Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə “narahatlıq doğuran variant” (variant of concern) adı verilir. Onlara qarşı mübarizə aparmaq çətin olur, yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. İndiyə kimi ÜST virusun alfa, beta, qamma və delta variantlarını bu kateqoriyaya daxil edib.