Ərdoğan Peskovu türk dilində salamladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovu türk dilində salamlayıb.

 

Söhbətin görüntülərini jurnalist Pavel Zarubin öz “Telegram” kanalında yayımlayıb.

 

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl Ərdoğan Peskovu salamlayıb. "Peskov! Necəsən? Yaxşısan?" – deyə Türkiyə lideri soruşub.

 

Putinin mətbuat katibi də Türkiyə Prezidentinə türkcə cavab verib.

 

Bir neçə xarici dildə sərbəst danışan Peskov Türkiyə lideri Ərdoğanın səfərləri zamanı tərcüməçi xidmətlərindən istifadə etmir. O, Moskva Dövlət Universitetinin Asiya və Asiyaşünaslıq İnstitutunu “tarixçi-şərqşünas”, “referent-tərcüməçi” ixtisasları üzrə bitirib. 1996-2000-ci illərdə Rusiyanın Türkiyədəki səfirliyinin əvvəlcə ikinci, sonra isə birinci katibi olub. 1999-cu ilin noyabrında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul sammiti zamanı Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin türk dilindən tərcüməçisi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.