Qüdsün şimal-qərbində yerləşən Ramot bölgəsində iki silahlı şəxs dayanacaqda olan insanlara atəş açıb.
Senzor.az bildirir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Qeyd olunur ki, silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb.
Hadisə yerinə cəlb olunan təcili yardım xidmətinin əməkdaşları bildiriblər ki, yaralananlardab beş nəfərin vəziyyəti ağırdır və onlar xəstəxanaya yerləşdirilib. Digər yaralıların vəziyyəti yüngül və orta-ağır qiymətləndirilir və onlar ilk tibbi yarım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin öldürüldüyü bildirilir. Onların kustar üsulla modifikasiya olunmuş “Carlo” tipli silahdan istifadə etdikləri ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma başlayıb, əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.