Tbilisidə merin qərargahı önündə dava: XARİCİ JURNALİST DÖYÜLDÜ
VİDEO

Tbilisidə hazırkı mer Kaxa Kaladzenin seçki qərargahı önündə insident baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları ilə Qərbyönümlü etirazçılar arasında kütləvi dava düşüb.

 

Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb olunub.

 

Toqquşma zamanı Macarıstandan olan jurnalist ağır xəsarət alıb. O, Tbilisidə etiraz aksiyalarını mütəmadi işıqlandıran media nümayəndəsidir. Jurnalist Meliklišvili prospektində döyülüb, daha sonra təcili tibbi yardım maşını ilə Rustaveli prospektindən xəstəxanaya aparılıb.

 

Məlumata görə, “Gürcü Arzusu”nun gənclər qanadının üzvləri etirazçılara və jurnalistlərə hücum ediblər. Zərərçəkənlər arasında “Publika” nəşrinin əməkdaşı da var. Ona birbaşa efir zamanı hücum edilib və mobil telefonu əlindən alınıb.

 

Hadisə ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının araşdırmaya başlayacağı gözlənilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.