İran Prezidenti Məsud Pezeşkian BMT-nin qurulmasının 80 illiyi münasibətilə keçiriləcək iclasda iştirak edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
"Amerikanın İran nümayəndə heyətinin Nyu-Yorka səfərinə məhdudiyyət qoymaq hüququ yoxdur, lakin bunu edirlər", - Bəqayi bildirib.