Paşinyan BMT BA-nın 80-ci sessiyasında çıxış edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

 

Bu barədə BMT Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç məlumat verib.

 

Onun sözlərinə görə, Paşinyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının kürsüsünə çıxacaq və natiqlər siyahısında 9-cu olacaq.

 

Qeyd edək ki, hazırda BMT-nin Nyu-Yorkdakı əsas qərargahında keçiriləcək Baş Assambleyanın "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir.

 

“Report” xatırladır ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, Braziliya Prezidenti açılış nitqi ilə çıxış edəcək, sonra isə ABŞ Prezidenti Donald Tramp nitq söyləyəcək.

 

Bu il 80-ci dəfə keçiriləcək "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.