Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.
Qeyd olunub ki, həmin şəxs Stavropol diyarında saxlanılıb.
İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb.