Çinin "Chinarocket" şirkəti kommersiya məqsədli "Jielong-3" raketindən (həm də "Smart Dragon-3" adlanır) istifadə edərək "Geely"nin 11 peykini uğurla orbitə çıxarıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki. bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Korporasiyanın "WeChat" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, buraxılış sentyabrın 9-da Pekin vaxtı ilə saat 03:48-də (Bakı vaxtı ilə sentyabrın 8-də, saat 23:48) Sarı dənizdəki Jiçjao şəhəri (şərqi Şandun əyaləti) yaxınlığındakı platformadan həyata keçirilib.
Orbitə buraxılan kosmik gəmi Çinin "Geely Automotive" şirkəti tərəfindən istifadə ediləcək. Bu, "Geely"nin beşinci peyk qrupudur, onun vəzifəsi avtonom idarəetmə xidmətlərinin və avtomobillərarası rabitənin sınaqdan keçirilməsini təmin etməkdir. Bu cür texnologiyalar həm də okeanı izləməyə imkan verir.