
Bunu senzor.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov deyib.
Ekspert xatırladıb ki, bir neçə gün öncə Finlandiyanın “Yle” telekanalının yaydığı məlumata görə, Baş nazir Sanna Marin ölkənin NATO-ya üzvlük üçün müraciət etmək hüququnu özündə saxladığını bildirib: “Bizim NATO-ya üzvlük üçün müraciət etmək imkanımız var və bunu real hesab edirik. Biz həmçinin öz təhlükəsizlik qərarlarımızı vermək üçün seçim azadlığını yüksək qiymətləndiririk. Hazırda regionda vəziyyət qiymətləndirilir və qiymətləndirmənin nəticələrinə əsasən hərbi bloka üzvlüklə bağlı qərar veriləcək”.

2. Əgər Finlandiya NATO-ya üzv olmasa, onu da Ukrayna, Gürcüstan və Moldovanın aqibəti gözləyə bilər. Hətta 1939-cu ilin payızında SSRİ ilə Finlandiya arasında əldə edilmiş ərazi güzəştləri pozula bilər. Nəticədə hələ SSRİ-nin iddia etdiyi və infrastruktur baxımından, xüsusilə də inkişaf etmiş dəmir yolları və avtomobil yolları şəbəkəsinə malik Karel bərzəxinin bir hissəsi, eləcə də Fin körfəzindəki ada və Finlandiyanın Xanko adası ani bir hücumla Rusiya tərəfindən ələ keçrilə bilər. Bu isə Finlandiyanın işğalı hesab oluna bilər.
3. Finlandiya NATO-ya üzv olmaqla gələcəkdə öz təhlükəsizliyini daha üstün və etibarlı səviyyədə qorumağı hədəfləyir.
Digər tərəfdən isə burada Qərbin də özünəməxsus hədəflərinin olduğu görünür. ABŞ başda olmaqla Qərbin atdığı addımlar ona hesablanır ki, Finlandiyanı NATO-ya üzv qəbul etməklə Rusiyanı bir yox, bir neçə istiqamətdən çevrələməklə onu daha çox təzyiq və təcrid vəziyyətində saxlaya bilsin. O zaman Rusiya təkcə Ukrayna cəbhəsinə deyil, eyni zamanda Şimal cəbhəsinə də diqqət yetirməli olacaq. Bu isə Rusiyanın ordu gücünün paylaşdırılması deməkdir”.
Finlandiyanın baş naziri Sanna Marin onu da əlavə edib ki, Finlandiya Avropa İttifaqı ilə də müdafiə sahəsində əməkdaşlığı gücləndirir. Bu isə, S.Hümbətovun qənaətinə görə, onu deməyə əsas verir ki, Finlandiya Ukrayna və Gürcüstanın aqibətini yaşamaq niyyətində görünmür: “Əlbəttə ki, iqtisadiyyatı güclü inkişaf etmiş Finlandiya üçün ən vacib olan məsələ xarici təhlükəsizliyini qorumaqdır.
Burada bir daha qeyd etmək yerinə düşər ki, əgər Finlandiya NATO-ya üzv olarsa, bu Rusiyanın Qərb tərəfindən ciddi çevrələmə siyasəti deməkdir. Bunu isə XX əsrin 50-70-ci illərində SSRİ-nin Qərb tərəfindən çevrələnmə siyasətinə məruz qalması ilə müqayisə etmək olar”.