Putin ilin sonuna qədər Donbası almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək.
Ukrayna Prezidenti Volodimir Zelenski bunu ABC News-a müsahibəsində deyib.
“O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbası ilin sonuna qədər, maksimum iki-üç ayda alacağını söyləyib”, - Zelenski bildirib.
Zelenski bu informasiyanın mənbəyini açıqlamayıb.
Prezident həmçinin Rusiyanın müharibə başlayandan bəri Moskvanın Donbasın 70 faizini ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib. Zelenski qeyd edib ki, bu cür iddialar Rusiyanın manipulyasiyasıdır.